Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 4 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin minik avtomobilləri Xankəndidən Laçın istiqamətinə keçiblər.
Bundan başqa, Rusiya sülhməramlılarına məxsus bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.