Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin və Aİ-nin respublikadakı missiyasının rəhbəri Markus Ritter İrəvanda qeyri-rəsmi görüş keçiriblər.
Bu barədə Aİ Missiyası (EUMA) “X” sosial şəbəkəsində məlumat yayıb.
“Onlar regional hadisələr, həmçinin Aİ-nin regionda sülh prosesini dəstəkləmək səyləri barədə fikir və məlumat mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilir.