Daşkəsən rayonunun Qabaqtəpə kəndində qeydə alınmış qətlin bəzi təfərrüatı məlum olub. Hadisədən əvvəl 2005-ci il təvəllüdlü Elnur Şahid oğlu Quliyev qonşusu, 1969-cu il təvəllüdlü Məmməd Malik oğlu Əmrahovla küçədə şəxsi münasibətlər zəminində mübahisə edib.
Hadisə zamanı onların küçədə tək olduqları bildirilir.
Daha sonra o, 54 yaşlı kişiyə bir neçə bıçaq zərbəsi endirərək qətlə yetirib. E.Quliyev hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən E.Quliyev abituriyentdir.
O, bu il tələbə adını qazanıb, M.Əmrahov isə ailəsindən ayrılıb, anası və bacısı ilə birgə yaşayırmış. Qətlə yetirilən şəxs kənd ərazisində heyvandarlıq və əkinçiliklə məşğul olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır./Report
***
14:52
Daşkəsəndə 54 yaşlı kişi qətlə yetirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Avqustun 16-da saat 12:30 radələrində Daşkəsən rayonunun Qabaqtəpə kəndində 1969-cu il təvəllüdlü Əmrahov Məmməd Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Quliyev Elnur Şahid oğlu könüllü polisə gələrək təslim olub.
Hadisə şəxsi münasibətlər zəminində olub, onlar qonşu olublar.
Faktla bağlı araşdırma aparılır.