"2022- ci ildə Azərbaycan Respublikası, Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti möhtərəm cənab prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə yenə də uğurla inkişafını davam etdirmişdir. Biz statistikaya nəzər salsaq, bunu bütün sahələr üzrə görə bilərik. Təbii ki, cinayətkarlığa qarşı mübarizə sahəsində də kifayət qədər uğurlar əldə edilmişdir. Ən əsası odur ki, Azərbaycan Respublikasında vətəndaşların hüquq və azadlıqlarının qorunması, hüquq qaydaları etibarlı müdafiə olunmuşdur. Əvvəla, Azərbaycanda stabil cəmiyyətin mövcud olması cinayətkarlığa qarşı səmərəli mübarizənin aparılması, vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunması, bütün bunlar öz növbəsində Azərbaycan Respublikasının bütün sahələr üzrə dinamik inkişafına şərait yaradır. Azərbaycan Respublikasının bütün sahələr üzrə, xüsusən də iqtisadiyyatın dinamik inkişaf etdirilməsi, stabilliyin təmin olunması hüquq- mühafizə orqanlarının fəaliyyətinə öz müsbət təsirini göstərir. Yəni, bu iki faktor bir-birilə sıx bağlıdır. Sevindirici haldır ki, cənab Prezidentin rəhbərliyi ilə və birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə iştirakilə bütün bu sahələr üzrə uğurlu inkişaf davam etdirilmişdir. Cinayətkarlıqla bağlı vəziyyət ümumən stabil olmuşdur".
Faktmedia.az xəbər verir ki, bu fikirləri REAL Tv-yə Baş prokuror Kamran Əliyev deyib.
Həmin müsahibəni təqdim edirik:
Rəna Həsənova