Mingəçevirdə Kür çayında 13-14 yaşlarında olan az yaşlı çimərkən batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynarxəttinə məlumat daxil olub. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit həmən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Esmira Hidayətova
Mingəçevir