Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin edilib.
Faktmedia.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə tanınmış həkim Cavid Paşayevə həvalə edilib.
Cavid Paşayev 24.08. 1984-cü il tarixində Ermənistan SSRİ Qafan rayonunda anadan olub.
2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə işi fakültəsində təhsil alıb.
C.Paşayev təyinatına qədər Bakı Sağlamlıq Mərkəzində Anesteziya və əməliyyat şöbəsinin müdiri, baş həkimin müavini vəzifəsində çalışıb.
O, Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. Əmək fəaliyyətinə 2005-2007-ci illər ərzində Kliniki Tibbi Mərkəzdə başlayıb. 2009-cu ildən 2010-cu ilə qədər Avrasiya Klinikasında həkim-anestezioloq, 2011-ci ildən 2014-cü ilə qədər isə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq- reanimatoloq olaraq çalışıb.
Daha sonra fəaliyyətini Azərbaycan Tibb Universitetinin Anesteziologiya-reanimasiya şöbəsinin müdiri kimi davam etdirib.
O, “Yeni Klinika”nın direktoru kimi də çalışıb.
Bəsti MƏMMƏD