AMEA Ramiz Mehdiyevin adının “AMEA-nın sabiq prezidentləri” bölməsində olmamasına münasibət bildirib.
Faktmedia.az-ın xəbərinə görə, məlumatda qeyd olunur ki, AMEA-nın science.az portalının “AMEA-nın sabiq prezidentləri” bölməsində akademik Ramiz Mehdiyevin adı əvvəlcədən daxil edilməyib.
“Artıq həmin bölmənin yenilənmiş variantında akademik Ramiz Ənvər oğlu Mehdiyevin adı və haqqında məlumat müvafiq səhifədə yerləşdirilib” - məlumatda qeyd olunub.