Kanada Federal Hökuməti quraqlıq şəraitinin və normadan yüksək temperaturun iyul-avqust aylarında ölkə daxilində qeyri-adi dərəcədə intensiv meşə yanğınlarına səbəb olacağını açıqlayıb.
Kanada Təbii Sərvətlər Departamentinin Şimal Meşə Mərkəzinin baş direktoru Maykl Norton texniki brifinq zamanı bunları deyib: "Quraqlıq meşə yanğınlarına səbəb olan, bütün bölgələrə təsir edən və bəzi ərazilərdə güclənən əsas amildir. Anormal yanğın fəaliyyətini görməyə davam edəcəyik."
5 iyul 2023-cü il tarixinə qədər Kanadada cəmi 3412 meşə yanğını baş verdiyini açıqlayan Norton, bu rəqəmin mövsümün 10 illik ortalaması olan 2751 yanğın sayını keçdiyinə diqqət çəkib.
Ölkədə meşələrin eyni vaxtda bir başından digərinə yandığını bildirən Norton, Kanadada hələ də 649 aktiv yanğının olduğunu, bunlardan 353-nün nəzarətdən çıxdığını bildirib.
Sevinc Hüseynova