Salyanda qız qaçıran şəxslər saxlanıblar.
Bununla bağlı Faktmedia.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib.
O bildirib ki, fevralın 3-də günorta saatlarında Salyan Rayon Polis Şöbəsinə rayonun Kürsəngi kəndi ərazisində Yolüstü kənd sakini olan bir qızın iki nəfər tərəfindən qaçırılması barədə məlumat daxil olub:
“Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən hadisəni törədən rayonun Yeni Uluxanlı kənd sakinləri Z.Səfərli və M.Hüseynov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir”.