“Naxçıvana uçuşlarla bağlı AZAL-ın imkanları ilə bərabər yeni yaradılacaq mövcud aşağı qiymətli reyslərin fəaliyyətə başlaması üçün iş aparırıq”.
Faktmedia.az xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
O bildirib ki, ana torpaqdan ayrı olması səbəbiylə və ətraf dövlətlərlə münasibətlərimizin bir o qədər isti olmamasıdan Naxçıvan Muxtar Respublikasından əsas nəqliyyat vasitəsi kimi hava yolu mühüm xarakterlidir:
“Məhz bu baxımdan biz AZAL-ın imkanları ilə bərabər yeni yaradılacaq və ya mövcud olacaq lokosterlərin fəaliyyətə başlaması üçün iş aparırıq. Əlbəttə ki, burada Azərbaycan Respublikası Rabitə Nazirliyinin və AZAL-ın üzərinə xüsusi vəzifələr düşür”.
Bəsti MƏMMƏD