Xəbər verdiyimiz kimi, 15 iyunda Dövlət Sərhəd Xidmətinin hərbçiləri “Laçın” postunda Bayrağımızı qaldırarkən, Erməni hərbi birliklərinin atəşinə məruz qalıblar və bu təxribat nəticəsində bir gizirimiz yaralanıb. Rus sülhməramlıların hadisə yerinə gəlməsi və araşdırmasından sonra ikinci dəfə Bayrağımızın asılmasına cəhd edilərkən, bu dəfə ermənilər rus sülhməramlılarını da atəşə tutublar.