Əməkdar artist Elnarə Abdullayeva mərhum qayınatasından danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “Günaydın, Azərbaycan proqramında açıqlama verib. O kədərini bu sözlərlə dilə gətirib:
“Qayınatam rəhmətə getdi. Evimizin böyüyü, dirəyi idi. Allah hamının ölənlərinə rəhmət etsin, Dildə deyirəm, qayınatam, amma atam idi. Onlardan öz ata-anamın iyini alırıdm, bir gün görməyəndə darıxırdım. Qıraqdan baxana bəlkə asan gəlir. Amma valideynin yaşı yoxdur. Atam dünyasını dəyişəndə elə bildim bütün dünyanı yığıb aparıb.