Xəbər verdiyimiz kimi, ötən gün tanınmış aparıcı Ceyhun Rzayev intihar etmək istədiyini açıqladı. Səbəb isə ailədaxili problemlərinin olması göstərildi. İntihara gətirib çıxan məsələ isə məhkəmənin qərarı ilə barışa bilməməsini deyir. Nəzərə alsaq ki, son illər məhkəmə qərarları bir çox insanda belə hallara üz tutmağa gətirib çıxarır.
Məsələ ilə bağlı Faktmedia.az-a danışan hüquqşünas Şamil Paşa deyir ki, məhkəmə qərarlarının icra edilməsi ilə bağlı cinayət məcəlləsində müvafiq sanksiyalar və cərimələr mövcuddur:
"Nəzərə almaq lazımdır ki, məhkəmə qərarlarının icra etməmə inzibati məsuliyyətə səbəb ola bilər. Ümumiyyətlə məhkəmə qərarların icra edilməməsi ilə bağlı Azərbaycanda və dünya ölkələrində də problemlər yaşanır".
Hüquqşünasın sözlərinə görə, həm icra məmurların ənənələri, həm qərarların qeyri effektiv olması, icra işlərinin sayı çox, lakin bu sahədə çalışan məmurların sayının az olması da məsələlərin həllini ləngidir:
"Bəzi ölkələrdə qərarların həyata keçirilməsi üçün polis, mühafizə sistemi və digər qurumlar da bu işə cəlb edilir. Azərbaycanda da bunu tətbiq mümkündür. İcra ediləsi işlər o qədər çoxdur ki, icra işçiləri çatdıra bilmir və gecikmələr yaranır. Məhkəmə qərarında sonra intihar anonsu verən jurnalist Ceyhun Rzayevin məsələsinə gəldikdə isə, qanunla icra ediləcək işə görə vətəndaşın intihar etməsi arzuolunmazdır, lakin hər bir halda bu qanundir və hüquqla tənzimlənməlidir. Məhkəməyə verdiyi qərara insanlar tabe olmalıdır".
Havar Şəfiyeva