ABŞ-ın Yuta ştatının məktəblərində vulqarlıq və zorakılıq ehtiva etdiyi üçün İncil kitabxanalardan yığışdırılıb.
Faktmedia.az bu barədə BBC-yə istinadən xəbər verir.
Valideynlərdən birinin dini mətndə uşaqlar üçün qadağan olunmuş pornoqrafik materialların, eləcə də vulqarlıq və zorakılığın olması ilə bağlı şikayətindən sonra rayon hakimiyyəti bu addımı atmağa qərar verib. Jurnalistlər əlavə ediblər ki, bu məktəb Müqəddəs Kitabı qadağan edən ilk ölkə məktəb deyil. Qeyd olunur ki, öncələr də eyni hal Texas məktəbində də baş verib.
Həmçinin qeyd edilir ki, kitablara qoyulan qadağa Texas, Florida, Missuri, Cənubi Karolina və ölkənin bəzi liberal əyalətlərindəki məktəblərə də şamil edilir.
Havar Şəfiyeva