Xəbər verdiyimiz kimi, Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov təyin edilib.
Faktmedia.az xəbər verir ki, Nazim Mahmudov 22 mart 1980-ci ildə anadan olub.
O, 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya ixtisasını bakalavr pilləsi üzrə, 2005-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universistetinin maliyyə və kredit ixtisası magistr pilləsi üzrə bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə başlayıb.
2002-2006-cı illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsində mühəndis, baş məsləhətçi, 2006-2012-ci illərdə Aparatın Ekoloji təbliğat şöbəsində məsləhətçi, sektor müdiri əvəzi, 2012-2015-ci illərdə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində baş məsləhətçi vəzifəsində çalışıb.
2015-2017-ci illərdə Nazirliyin Ekoloji təbliğat şöbəsinin məsləhətçisi vəzifəsini icra edib.
N.Mahmudov 2018-ci ildən Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 16 aprel 2021-ci il tarixdən Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi vəzifəsini icra edir.
23 iyun 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif olunub.
Ailəlidir, 2 övladı var.