“WhatsApp” istifadəçilər üçün çoxdan gözlənilən məxfilik funksiyasını təqdim edəcək ki, bu da şəxsi çatları gizlətməyə və onlara parol qoymağa imkan verəcək.
Faktmedia.az xəbər verir ki, bu barədə platformanın rəsmi bloqunda məlumat verilib.
Materialda qeyd edilir ki, "WhatsApp" şəxsi yazışmaları qorumaq üçün nəzərdə tutulacaq “Closing Chat” adlı funksiyanı təqdim edəcək.
Mütəxəssislərin fikrincə, şəxsi söhbətlər əsas yazışmalar bölməsindən ayrıca qovluğa köçürüləcək, onu açmaq üçün cihazın parolunu daxil etməli və ya barmaq izi və ya Face ID kimi biometrik məlumatları skan etməlisən. Bundan əlavə, şəxsi çatlardan gələn mesajların məzmunu avtomatik olaraq bildirişlərdə gizlənəcək".
Havar Şəfiyeva