Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhrəm Bayramov son model və bahalı maşın kolleksiyası yaradıb.
Faktmedia.az xəbər verir ki, icra başçısının oğlu bahalı avtomobillərini şəhərdə tez-tez nümayiş etdirir.
Diqqətçəkən məqam isə həmin maşınlarında 904 dövlət qeydiyyat nişanı olmasıdır..
Xatırladaq ki, Niyazi Bayramov Azərbaycan Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Bundan əvvəl isə başçı 2012–2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Həmin avtomobillərin görüntülərini təqdim edirik:
Havar Şəfiyeva