Azərbaycanda ilk riyaziyyatçı qadın elmlər doktoru və ilk professoru, Əməkdar müəllim, ehtimal nəzəriyyəsi sahəsində tanınmış alim Tamilla Hilal qızı Nəsirova 12 aprel 2023-cü il tarixində vəfat edib.
Faktmedia.az xəbər verir ki, 1964-cü ildən pedaqoji fəaliyyətlə məşğul olan alim 2007-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
T.Nəsirova, həmçinin 1996-2000-ci illərdə Türkiyənın “Karadeniz Teknik” Universitetində professor vəzifəsində çalışmışdır. Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 10 fəlsəfə doktoru elmi dərəcəsi alıb.
T.Nəsirova haqqında “Azərbaycanın görkəmli qadınları”, “Azərbaycanın 100 görkəmli alimi”, Rusiyada çap olunan “Женщины-математики” riyaziyyat-tarixi oçerkində məlumat verilmiş, 2009-cu ildə “Birincilər” verilişinin bir buraxılışı (“İlk riyaziyatçı elmlər doktoru”) Tamilla Nəsirovaya həsr edilmişdir. Onun adı “Математики Азербайджана ХХ века” və “Azərbaycanın Tanınmış alimləri” ensiklopediyalarına daxil edilib.