"Azərpaşa müəllim sənət baxımdan ölkəmiz üçün böyük sənətkarlardan olub. O qədər üzüldüm kiz, heç onun dəfninə də gedə bilmədim. O, çox gözəl rejissor olub, tamaşaları haqqında xoş söhbətlərimiz çox olub".
Bunu Faktmedia.az-a Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru Əliyar Əliyev deyib.
"Əlbətdə, sənətkarların yeri dolmur, ard arda neçə sənətkarı itirdik. Ondan öncə dünyasını dəyişmiş İranı Tağızadənin həyat yoldaşı Firdovsi Atakişiyev ilə sıx münasibətlərimiz olub. Allah hər iki sənətkara rəhmət eləsin. Tam elə teatr forumu başlayacaqdır və orada Azərpaşa müəllimin dəyərli fikirlərinə yer veriləcəkdi, heyf ki qismət olmadı. Hər ikisinin ailələrinə baş sağlığı verirəm", - deyə əlavə edib.
Havar Şəfiyeva