Siyəzəndə evdə çürümüş kişi meyiti tapılıb.
Faktmedia.az report.az-a istinadən xəbər verir ki, hadisə Siyəzən şəhəri, Orucəli Qoçəliyev küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1952-ci il təvəllüdlü Nurəddin Manafovun meyiti yatağında çürümüş vəziyyətdə aşkar edilib.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.