Bakının Nərimanov rayonunda yol qəzası baş verib.
Faktmedia.az APA-ya istinadən xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, “Toyota” markalı maşınının sürücüsü idarəetməni itirərək eyni istiqamətdə olan “Wolkswagen” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində “Toyota”da olan sərnişin xəsarət alıb.
Bundan başqa hər iki maşına ziyan dəyib.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.