Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən Faktmedia.az-a bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində:
Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
“20 Yanvar” dairəsində;
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
Zərifə Əliyeva küçəsində;
Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.