Məşhur Britaniyalı müğənni Adel şou-biznesin o qədər də qlamur olmayan tərəfi ilə bağlı səmimi açıqlamalar verib.
2011-ci ildə "Rolling in the Deep" hiti ilə şöhrəti bütün dünyaya yayılan 35 yaşlı müğənni həftəsonu Las-Veqasda verdiyi konsert zamanı yaşadığı sıxıntı və narahatlığından danışıb.
Konsertində korset geyindiyi üçün çox tərlədiyini deyən Adel bu səbəbdən bədən göbələyi xəstəliyinə tutulduğunu bildirib.
"Açığı, mən fit görünmək üçün konsertlərimdə korset geyinirəm. Amma çox tərləyirəm və bu tər saatlarla bədənimdə qalır. Bundan sonra dərimdə qaşıntı, qızartı kimi əlamətlər meydana gəlməyə başladı, Həkim müayinə edərkən bədən göbələi xəstəliyi diaqnozu qoydu", -deyə o əlavə edib.
Qremmi mükafatlı müğənni bu xəstəliyin idmançılar arasında da çox rastlandığını qeyd edib.
Xəyalə Xəlilova