Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı hesabında Füzulidən video paylaşıb.
“Füzuli sakinləri diplomatik korpusun iştirakı ilə 17 oktyabr - Şəhər Gününü qeyd edirlər. Məhz 2020-ci ilin bu günündə Füzuli 30 illik erməni işğalından azad edilib. Keçmiş məcburi köçkünlər və qaçqınlar yeni tikilən binalara qayıdırlar, uşaqlar məktəbə gedirlər.
Sağda köhnə Füzulinin barbar xarabalıqları - işğalın faciəvi xatırlatmasıdır”, - H.Hacıyev bildirib.