Bakıda Xətai rayonu ərazisində polisin iştirakı ilə vətəndaşların evi sökülüb.
Bu barədə Faktmedia.az-a sakinlər bildirib. Onlar idda edir ki, söküntünü Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti aparır.
Vətəndaş Həsənağa Mirzəyevin saytımıza dediyinə görə, 10 gün əvvəl Xətai RİH vətəndaşlara çıxmaları ilə bağlı xəbərdarlıq edilib. Çıxmadıqları təqdirdə isə komnukasiya xəttlərinin kəsiləcəyi deyilib. Bu gün isə əraziyə texnika gətirilib və polisin nəzarəti ilə evlər uçurdulub. Dediklərinə görə, bir qrup vətəndaş məcbur icra hakimiyyətinə aparılıb və hədə-qorxu gəlinib.
Xətai RİH-dən bildirildi ki, sözügedən ərazidə icra nümayəndələri var: "Nümayəndələr özləri də ora gedib və işi araşdırırlar".
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsini icra edən Elşad Hacıyev bildirib ki, məhkəmə predmeti olduğu üçün vətəndaşlar "102" xidmətinə müraciət edə bilərlər.
Rəna Həsənova