Heydər Əliyevin arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu həyata keçirdik.
Faktmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxaq konfransda çıxışı zamanı deyib.