Bu gün Ermənistan ərazisində itkin düşən digər azərbaycanlı hərbçi Axundov Hüseyn Əhliman oğlu da tapılaraq saxlanılıb. H.Axundovun Qafan rayonu ərazisində tapıldığı bildirilir.
Faktmedia.az-ın məlumatına görə, erməni teleqram kanallarında sözügedən əsgərin saxlanılandan sonrakı görüntüsü paylaşılıb.
Fotodan hərbçimizə işgəncə verildiyini, döyüldüyünü və onunla qeyri-humanist davranıldığını görmək mümkündür