Nəsimi rayonunda silahlı insidentlə yaralananlar KTM-ə gətirilib
15-47
Bakının Səməd Vurğun küçəsində silahlı atışmada yaralanan şəxslərdən biri tələbədir.
Faktmedia.az-ın əldə etdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin tələbəsidir.
Məlumatı Faktmedia.az-a ATU-nun mətbuat xidmətindən təsdiq ediblər.
15:31
Bakıda silahlı insidenti törətməkdə şübhəli bilinən bir nəfər tutulub.
Bu barədə Faktmedia.az-a DİN-dən məlumat verilib.
İctimaiyyətə əlavə məlumat veriləcək.
15:08
Bakıda silahlı insidentlə bağlı yeni məlumat üzə çıxıb.
Faktmedia.az-ın əldə etdiyi məlumata görə, yaralananlardan ikisi təxminən 20-25 yaşlarında olan oğlandır. Onların hər ikisi ayaq nahiyəsindən güllə yarası alıb.
Yaralılar təcili tibbi yardım avtomobili ilə yaxınlıqdakı xəstəxanaya aparılıblar.
TƏBİB-dən verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Əlavə məlumat veriləcək.
15-00
Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Əlavə məlumat veriləcək.
14-54
Bakıda silahlı insident olub.
Hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.
İnsident zamanı silahlı şəxs və şəxslərin iki nəfəri güllələdiyi iddia edilir.
DİN Mətbuat Xidmətindən Faktmedia.az-a bildirilib ki, hadisə yerinə polis briqadası cəlb edilib.
Araşdırma aparılır.