ABŞ-də yaşayan həmyerlilərimizdən biri həyatını itirib.
Faktmedia xəbər verir ki, Şahbaz Əbdürrəhmanov adlı gənc həmyerlimizin intihar etdiyi bildirilir.
Buna qədər Kaliforniya ştatının Kupertino şəhərində yaşayan Ş.Əbdürrəhmanovun Viskonsin ştatında həyatına qəsd etdiyi deyilir.
Mərhumun nəşini ailəsinə göndərmək üçün Azərbaycanın ABŞ-dəki səfirliyi və Diaspora təşkilatı əlaqə saxlanılıb.
Şahbaz Əbdürrəhmanovun hansı səbəbdən intihar etdiyi məlum deyil.