Yevlaxda bir dam altında tikilən iki ev yanıb.
Faktmedia.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yevlax şəhərində bir dam altında tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 85 kvadratmetr olan 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 45 kvadratmetr sahədə, ümumi sahəsi 85 kvadratmetr olan 3 otaqlı evin mətbəxinin və bir otağının tavanı 20 kvadratmetr sahədə yanıb.
“Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə məlumatda qeyd olunub.