Xəbər verdiyimiz kimi, ölkədə bu gün son zəng günü qeyd olunur. Bununla bağlı Elm və Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, məktəblərdə bu gün son dərs günüdür. Son zəng ayrı-ayrı məktəblərdə təntənəli şəkildə qeyd olunub. Bəzi şagirdlər sevinərək, bəziləri ağlayaraq bu günü keçiriblər. Son zəng günü sosial şəbəkələrdə yayılan foto isə izləyiciləri kədərləndirib. Belə ki, məzun olmuş şagird çatdırma xidmətində işlədiyi üçün məzun paltarı ilə işini gündəki kimi davam etdirib.
Onun çəkilən fotosunu təqdim edirik:
Sevinc Hüseynova