Populyar "Forbes" jurnalı ABŞ-nin ən varlı qadınlarının adlarını açıqlayıblar. Siyahıda əyləncə və sənət dünyasından bir çox tanınmış qadınlar yer alıblar.
Faktmedia xarici KİV-ə istinadən həmin məşhurların siyahısını təqdim edir:
Məşhur aparıcı Opra Uinfri, 3 milyard dollar sərvəti ilə siyahıda 14-cü yerdədir.
"SavageX Fenty", "Fenty Beauty" adlı markaların sahibi Rihanna 1,4 milyard dollar qazancı ilə 23-cü yerdədir.
Musiqi karyerası boyunca bir çox rekordlara imza atan müğənni Teylor Sviftin 1.3 milyon dollar sərvəti var. O, siyahıda 24-cü yerdədir.
"Renaissance" adlı dünya turuna çıxan müğənni Beyons siyahıda 45-cidir. Oun 760 milyon dollar sərvəti var.
2022-ci ildən "əzələ sərtliyi sindromu"ndan əziyyət çəkən Selin Dion, 550 milyon dolarlıq sərvəti ilə 59-cı pillədə qərarlaşıb.