Tesla bu ilin üçüncü rübü üçün balans hesabatını açıqlayıb.
Faktmedia.az xəbər verir ki, ABŞ-ın elektrik avtomobil istehsalçısı Tesla-nın mənfəəti, bütün dünyada avtomobil qiymətlərinə endirimlərin təsiri nəticəsində ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 44 faiz azalıb.
Müvafiq olaraq, şirkətin gəliri ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 9 artaraq 23,4 milyard dollara çatıb. Tesla 2022-ci ilin üçüncü rübündə 21,5 milyard dollar gəlir əldə edib.
Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 44 faiz azalaraq 1,9 milyard dollara düşüb. Keçən ilin eyni dövründə Teslanın xalis mənfəəti 3,3 milyard dollar olub.
Şirkətin 2022-ci ilin üçüncü rübündə 95 sent olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 53 sentə düşüb.
Qeyd edək ki, keçən ilin üçüncü rübündə yüzdə 25,1 olan Teslanın ümumi mənfəət marjı, şirkətin qiymət endirimləri vasitəsilə satışları artırmaq səylərinin təsiri ilə bu ilin eyni dövründə 17,9 faizə enib.
Xəyalə Xəlilova