Kiyev üç PUA ilə Moskvadakı obyektlərə hücum etməyə cəhd göstərib, onlar məhv edilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Avqustun 23-də gecə saatlarında Hava Hücumundan Müdafiə Qoşunları Kiyev rejiminin 3 təyyarə tipli pilotsuz uçuş aparatı ilə Moskva şəhərinə növbəti terror aktı törətmək cəhdinin qarşısını alıb. Paytaxta hücum edən PUA-lardan ikisi havadan məhv edilib. Müdafiə sistemləri Moskva vilayətinin Mojaysk və Ximki rayonları ərazisi üzərində PUA-ları havada zərərsizləşdirib”,- məlumatda əks olunub.
Rəna Həsənova