Aktyor Cey Conston həbs edilib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor Cey Conston iki il əvvəl yanvarın 6-da Vaşinqtonda Kapitoliyə basqında iştirak etdiyi üçün həbs edilib.
Dünən Kaliforniyada həbs edilən 54 yaşlı aktyora qarşı bəzi qeyri-qanuni ittihamlar, habelə vətəndaş iğtişaşları zamanı hüquq-mühafizə orqanlarına ciddi maneələr törətmək ittihamı irəli sürülüb.
Qeyd edək ki, Conston "Bob's Burgers" və "Həbs edilmiş İnkişaf" serialları ilə məşhurlaşmışdı.
Bəsti Məmməd