“Bu qədər maarifləndirmə aparılmasına, informasiya açıqlığına baxmayaraq statistikaya əsasən, hər 100 qadından 30-u abort səbəbindən dünyasını dəyişir. Hər il 7 milyona yaxın qadın abortun fəsadlarına görə müalicə alıır. Qadınlar qorunma vasitələrindən xəbərdar olmalı, həm öz sağlamlıqları, həm də bətnindəki canlı insanın həyatına qıymamaq üçün bu çox vacibdir”.
Bunu Faktmedia.az-a açıqlamasında mama-ginekoloq Şəhla Hüseynova deyib.
Həkim qeyd edib ki, tam ideal, hər qadına uyğun olan qorunma vasitəsi yoxdur. Hər hamiləlikdən qorunma vasitəsinin özünəməxsus mənfi təsirləri ola bilər. Bu orqanizmdən-orqanizmə dəyişir. Amma bu o demək deyil ki, mənfi təsirləri olacaq deyə qorunma vasitələrindən istifadə edilməməlidir. Nəzərə almaq lazımdır ki, abort qadın üçün daha təhlükəlidir. Buna görə də hər qadın əgər uşaq dünyaya gətirmək istəmirsə, bunu nəzarətdə saxlamaq üçün qorunma üsullarından özünə uyğun olanını seçməlidir.
Havar Şəfiyeva