"Lotular", "Utanırsanmı" meyxanalarının ifaçısı Elşən Binəqədili küçədə yaşayır.
Axşam.az xəbər verir ki, onun görüntüsünü "Baku TV" yayıb. O bildirib ki, evi yoxdur və küçədə dəmir durbaların üstündə yatır:
"Bir neçə il ömrümü zindanda keçirmişəm. İndi də yaradıram. Ailə vəziyyətim dəyişəndən sonra halım dəyişdi. İçki düşkünü oldum. İçki və siqaretdən başqa heç nə etməmişəm. Bir qız övladım var. 17 il həbsdə yatmışam. Bir səhvin ucbatından... 3 ildir ki, ailəmdən ayrılmışam və küçələrdə qalmışam. Dəmir, plasmas yığıb satıram və çörəkpulu qazanıram.
Toylara aparmaq üçün məni fənərlə axtarırlar. Amma istəmirəm. Əvvəlki toylar yoxdur".