Avropa İttifaqının daxili bazar və sənaye üzrə komissarı Thierry Breton, Twitter-in Aİ-nin rəqəmsal platformalar üçün könüllü təcrübə kodeksini tərk etməsindən sonra açıqlamalar verib.
"Twitter Aİ-nin dezinformasiyaya qarşı könüllü icra məcəlləsindən ayrılır. Lakin Twitter-in öhdəlikləri qalır. Qaçmaq olar, amma gizlənə bilməzsən." Breton, Rəqəmsal Xidmətlər Qanunu çərçivəsində dezinformasiya ilə mübarizənin 25 Avqust tarixindən etibarən AB ölkələrində könüllü öhdəliklərdən kənar hüquqi bir öhdəlik olacağına diqqət çəkdi.
Breton bildirib ki, yeni qanun qüvvəyə mindikdən sonra AB komandaları sərt qaydaları tətbiq etməyə hazır olacaqlar.
Havar Şəfiyeva