"WhatsApp" messencerində nömrədən əlavə, profil istifadəçisi adı ilə də əlaqə saxlamaq mümkün olacaq.
Faktmedia.az xəbər verir ki, yeni funksiya haqqında təfərrüatları "WABetaInfo" portalı təqdim edib.
Qeyd edək ki, bundan əvvəl "WhatsApp" mesajları redaktə etmək funksiyasını əlavə edib. Funksiya sayəsində mətn göndərildikdən 15 dəqiqə ərzində dəyişdirilə bilər.
Havar Şəfiyeva