"Müasir dövrdə kibertəhlükələrə qarşı mübarizə aparmaq üçün bir neçə əsas prinsiplər var. Bunlardan ən əsası mühüm məlumatlarınızın ehtiyat nüsxəsini saxlamaqdır".
Bunu Faktmedia.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası-nın İdarə Heyətinin sədri Elvin Abbasov deyib.
O, həmçinin qeyd edib:"Kiber təhlükəsizliyini təmin eləmək üçün şəxsi məlumatları sosial mediada məhdudlaşdırmaq,
şifrələmə və təhlükəsizlik parametrlərini aktivləşdirmək, şifrə meneceri istifadə etmək, sosial girişləri məhdudlaşdırmaq, ictimai Wi-Fi-dən ehtiyatlı olmaq və s aiddir. Eyni zamanda bunlara sosial mediada izləyiciləri və girişi məhdudlaşdırmaq da aid etmək olar".
Mütəxəssis bildirir ki, bu prinsiplər kibertəhlükələr qarşısında daha təhlükəsiz olmanızda kömək edir:
"Hakerlərin niyyəti fərqli ola bilər. Bəzi hakerlər sistemlərini təhlükəsizlik baxımından yoxlamaq üçün çalışsa da, digərləri məlumatı oğurlamağa və ya zərərli məqsədlər üçün sistemlərə zərər vurmağa cəhd edə bilər".
Havar Şəfiyeva