""Peşə Tədris Mərkəzlərinin İqtisadiyyat Nazirliyinin tabeleyinə keçməsi müsbət haldır. Düşünürəm ki, İqtisadiyyat Nazirliyi real iqtisadiyyatla məşğul olur və onların kadrların yetişməsini sektora uyğun iqtisadi siyasətlə həyata keçiriləcəkdir".
Bunu Faktmedia.az-a açıqlamasında təhsil eksperti Elçin Süleymanov deyib.
Onun fikrincə, real iqtisadiyyatda tələb olunan kadrlara görə də, təhsil proqramı və ixtisaslar seçili:
"Bunu müsbət həl kimi dəyərləndirirəm, çünki ölkəmizin, xüsusilə iqtisadiyyatımızın inkişafı üçün daha detallı kadrların yetişməsinə şərait yaranacaq".
Sevinc Hüseynova