“Bu günə qədər işğaldan azad edilən ərazilərə 452 ailə, 1855 nəfər köçürülüb”.
Bunu Oxu.Az-a açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Mirzəyev deyib.
O qeyd edib ki, ümumilikdə Füzuli şəhərinə 70 ailə - 247 nəfər, Laçın şəhərinə 234 ailə - 904 nəfər, Ağalı kəndinə 108 ailə - 526 nəfər, Talış kəndinə 20 ailə - 90 nəfər, Zabux kəndinə 20 ailə - 88 nəfər köçürülüb.