Xəbər verdiyimiz kimi, Məmməd və Mamed adlarının uşaqlara qoyulması qadağan edilib. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib ki, qərarla bağlı "ASAN Xidmət” mərkəzlərinə məlumat verilib: "Təsəvvür edin ki, bir ailədə həm Mamed, həm Məmməd, həm də Məhəmməd adında uşaqlar var. Əslində Mamed və Məmməd adlarının kökü elə Məhəmməddir. "ASAN xidmət” mərkəzlərindən də bizə tez-tez müraciət edirdilər ki, Mamed adının düzgün yazılış qaydasını bilmirik. Artıq bununla bağlı qərar qəbul olunub və vahid ad kimi Məhəmməd seçilib”.
Faktmedia.az xəbər verir ki, buna münasibət bildirən ilahiyyatçı Elşad Miri deyib ki, Məhəmməd adının əsli MUHƏMMƏDdir, Azərbaycanda Mamed və Məmməd adlarını qadağan edilinb. Niyə?:
"“Asan Xidmət” şöbələrinə verildiyi deyilən tapşırıqlara görə, Mamed, Məmməd adları Məhəmməd adının növləridir, ona görə də onların istifadəsi yersizdir. Elə Məhəmməd adını da yersiz qəbul edəkmi? Çünki Məhəmməd adının əsli MUHƏMMƏDdir. Yusifi Yusuf daha da əslinə qaytararaq Yozef edəkmi? Musanı Moşe, İsanı Yeşua olaraq əslinə qaytaraqmı?".
Rəna Həsənova