Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib. Fətvada deyilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən, Azərbаycаn üfüqündə hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcək .
Maraqlıdır, Qurban bayramında qurban kəsməyə, ət almağa imkanı çatmayan adamlar və ya keçirmək istəməyənlər günah qazanırmı?
Bu barədə Faktmedia.az-a ilahiyyatçı Elşad Miri deyib ki, Qurban bayramında imkanı çatan şəxslər qurban kəsib kasıb, imkansız ailələrə paylayır:
"Bu bayramın özəlliyi ondan ibarətdir ki, imkanı çatan şəxs kasıb ailələri də sevindirsin və hər kəs birlikdə bayram edə bilsin".
Rəna Həsənova