Dövlət Sərhəd Xidmətinin Qazax əlahiddə sərhəd diviziyasının hərbi qulluqçusu baş çavuş Hacıyev Pərviz Azər oğlu odlu silahdan atəş açaraq intihar edib.
Dövlət Sərhəd Xidmətindən Faktmedia.az-a verilən xəbərə görə, hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi müəyyən olunub.