Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı ailələrə 5 uşaqlı olması ilə bağlı çağırış edib. Xalq şairi, deputat Sabir Rüstəmxanlı isə açıqlama verib ki, Azərbaycanda qadınlar çoxuşaqlı olmağa meyilli deyillər, buna da səbəb fiquralarının pozulmamasıdır.
Bu gün Xalq artisti Afaq Bəşirqızı deputat cavab verib.
A.Bəşirqızı Pravda.az-a müsahibəsində deyib ki, o da çoxuşaqlı ailələrin tərəfdarıdır.
"Uşaq vətən deməkdir. Vətəni yaşatmaq üçün isə onun əhalisi olmalıdır. Əlbəttə, sosial təminat barədə nəsə fikirləşməliyik. Düzdür, çətindir, amma mütləq "uşaqpulu" məsələsi həll olunmalıdır. Uşaqlı ailələrə kömək mütləq lazımdır. Təkcə dövlət yox, bu işlə hamımız maraqlanmalıyıq. Lazımdırsa, kömək etməliyik, hansısa bir şeylərə əl atmalıyıq ki, bizim uşaqlarımız firəvan böyüsünlər. Ac qarınla yox, tox qarınla böyüsünlər. Əlbəttə, belə halda valideynlər də çox uşaq istəyərlər", — Xalq artisti bildirib.
A.Bəşirqızı "bəzi xanımlar fiquraları pozulmasın deyə uşaq doğmurlar" fikrinə isə belə reaksiya verib: "Fiqura qorumaqla ailə olmur. Onlara "ailə" deməzlər. Onlar həftəlikdirlər. O adam ki ərə gedib, istəyir fiqurası yaxşı olsun, uşaq da doğmur, onun ailə həyatı ancaq həftəlik ola bilər. Mən belə şeyə razılıq vermirəm. Belə ailə olacağına da inanmıram".