Uşaqlarda unutqanlıq, konsentrasiya və yorğunluq kimi problemlərin B12 çatışmazlığından qaynaqlandığı xəbərdarlığı edilsə də, xüsusilə vegan və vegetarian ailələrin diqqətli olması lazımdır.
Faktmedia.az xəbər verir ki, bu barədə türk professor Tayfun Uzbay danışıb. Professor bildirib ki, son illərdə uşaqlar və yeniyetmələr arasında unutqanlıq, diqqəti cəmləyə bilməmə, konsentrasiya və yorğunluq kimi problemlər tez-tez müşahidə olunmağa başlayıb. Bir çox ailələr isə övladlarında belə problem gördükdə pedaqoqlara getməyə üstünlük verirlər. Ancaq uşaq inkişafı mütəxəssisləri, xüsusilə inkişaf çağındakı fərdlərdə görülən unutqanlıq və konsentrasiya çatışmazlığı kimi problemlərin əsasən B12 vitamini çatışmazlığından qaynaqlanır.
"Pis qidalanma, işlənmiş qidalar, ət və süd məhsullarının qeyri-kafi istehlakı problemin ən böyük mənbəyidir. Bir çox tələbələr diqqəti toplamaqda və unutqanlıqdan əziyyət çəkirlər", -deyə həkim əlavə edib.
Xəyalə Xəlilova