"Bizimləsən" verilişində Əməkdar artist Elza Seyidcahanla Roman adlı iştirakçı arasında gərginlik yaranıb.
Axşam.az xəbər verir ki, ifaçı iştirakçının üst geyiminin qalın olduğunu bildirdikdən sonra Roman ona sərt reaksiya verib.
Müğənni iştirakçının "Başımda meyvə ilə gəzmirəm ki?" sözlərinə əsəbiləşib:
"Demək istəyirəm ki, istidir. Sənə bunu yaxşı mənada dedim. Qaldı ki, başımdakı meyvələrə, onlarla həmişə fəxr edirəm. O bir sənətkarın obrazıdır. Bədənini döydürüb o günə qoymaqdansa, başına meyvə qoysaydın bundan min dəfə yaxşı olardı. Pis mənada demədim. Yaz fəslidir, efirdən baxırlar. Deyirsiniz ki, böyük bəstəkaram. Təvəzökarlıqdan uzaq olsa da belədir. Geyimdə və imicdə olsun, başımdakı meyvələrimlə Azərbaycanın fəxriyəm".
Seyidcahan həmçinin aparıcı Zaur Baxşəliyevə də iştirakçının sözlərinə müdaxilə etmədiyinə görə, irad bildirib:
"Zaur, olmaz axı belə. Sən özün deməli idin ki, meyvə dəbdən xəbər verir. Özü də sənin Əməkdar artistinə deyir ki, başına meyvələr qoyub. Sən özün söyləməli idin ki, o böyük səhv edib. O, üzr istəməli idi burada. Mən onu təhqir etmədim. Ürəyim yandı ona".
Daha sonra Roman ifaçıdan üzr istəyib.