Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Amil Rəhimov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bundan başqa Baş prokurorun digər müvafiq əmrilə Naxçıvan hərbi prokuroru vəzifəsini icra edən Aqil Axundov həmin vəzifəyə təyin edilib.
Xatırlatma: Buna qədər Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsini Vasif Talıbovun qardaşı icra edirdi.