"Tarif Şurasının qərarı ilə nəqliyyatda gediş haqqı 33 faiz, yəni 10 qəpik artdı. Bu isə hökumətə, yəni büdcəyə 200 milyon əlavə gəlir deməkdir".
Bu fikirləri Faktmedia.az-a iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, əslində dövlət verdiyi pulu vətəndaşdan geri alır:
"Amma bu dəfə daha sadə üsulla. Bir müddət əvvəl bildirdildi ki, 190 milyon manat ƏDV qaytarılıb. Bildirib ki, bir il ərzində geri qaytarılan pul faizi ilə camaatdan geri alınır. Yəni 10 milyon elə bil üzərinə faiz ödənilir. Bəlli məsələdir ki, artımlar olduqda tarif Şurası da qiymətdə qaldırmalar edir. Və ya başqa şəkildə. Hər bir halda bu artım da camaatın, xalqın kisəsindən gedir. Ziyanına işləyir".
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub.
Rəna Həsənova